RESTORAN VƏ BAR
Otelimizin nəzdində yerləşən restoranımız şam, nahar yeməkləri, eləcə də qəlyənaltı üçün sizin xidmətinizdədir. Restoranımızda sizi qarşılayacaq təcrübəli və gülərüz personalımız Avropa və milli mətbəxin ən dadlı yeməklərini təqdim edəcək. Rahat məkan, zövqünüzə uyğun içki və yeməklər, qüsursuz xidmət – vaxtınızı əla keçirmənizi təmin edəcək.

Burada həmçinin çay və şirniyat stolu ətrafında və ya müxtəlif iş görüşmələri keçirən hər kəsdə xoş təəssürat yaradacaq.

Həftənin 7 günü, günün 24 saatı restoranımız üzünüzə açıqdır. Restoranın menyusu hər cəhətdən öz koloriti ilə fərqlənir.

Hər gün saat 08:00 – 11:00 arası restoranımızda səhər yeməyi vaxtı ayrılır.

Şəmkirdə dada biləcəyiniz ən nəfis təamlardan dadaraq, dost və yaxınlarının əhatəsində vaxtını şən və mənalı keçirmək istəyən hər kəsə bu məkanda xidmət göstərməkdən məmnunluq duyuruq.