Otel haqqında
Meridian-F Hotel Bakı-Qazax magistralının 400-cü km-liyində, Şəmkir rayonu ərazisində yerləşir. Bu da onu göstərir ki, rayonumuza gələn paytaxt sakinləri və əcnəbi qonaqlar rayonumuzun gözəl, səfalı yerlərinə qısa zaman ərzində səfər edə və turistik mərkəzlərində rahat istirahət edə bilərlər.
 
Otelimiz 2014-cü ildən fəaliyyət göstərməkdədir. Meridian-F Hotel rayonumuzun və ətraf rayon və şəhərlərin öndə gələn otellərindən biri sayılır. Otel 4 mərtəbədən və ayrıca olaraq mansard korpusundan ibarətdir. Marsard korpusu 7 otaqdan və 17 çarpayıdan ibarətdir. Əsas korpusda isə 17 otaq və 37 çarpayı mövcuddur. Bunlar ayrı-ayrı siniflərə aiddir: Suit, Deluxe, Superior.
 
Bir-birindən rahat otaqlar LCD televizor, yüksək sürətli Wi-Fi internet şəbəkəsi, duş kabin, rahat və komfortlu yataq və oturmaq dəsti, saç qurudan, istilik və havalandırma sistemi ilə təmin olunmuşdur. Otelimizdə həmçinin 180-200 nəfərlik toy və nişan zalı da fəaliyyət göstərir. Bundan əlavə olaraq səhər yeməyi, Fitness mərkəzi tam ödənişsiz olaraq qonaqlarımızın xidmətindədir.