FİTNESS ZALI
Aktiv həyat tərzinə üstünlük verərək idmanla məşğul olursunuzsa, istirahətdə və ya qısamüddətli işgüzar səfərdə belə öz idman formanızı itirmək istəmirsinizsə, müasir fitnes zalımız Sizin xidmətinizdədir.

“MERİDİAN-F” otelin idman zalı – özünü sevən və öz sağlamlığının və bədən quruluşunun qayğısına qalanlar üçün ideal bir məkandır. Zal alman və avropanın üstün keyfiyyətli firmalarına aid ağırlıq və digər fitness avadanlıqları ilə təchiz olunub. Həmçinin, hər cür əzələ qrupuna uyğun müxtəlif trenajor növləri mövcuddur.

Fitness zalımızda siz sadəcə bədən formanızı düzəltməklə qalmayacaq, həm də öz sağlamlığınızı möhkəmləndirəcəksiniz.